Buğlama

Tərkibi: 
0,5 kq yağlı qoyun əti
4 pomidor
3 bolqar bibəri
6-7 soğan
4-5 diş sarımsaq
1 st. soyuq su
duz, istiot

Hazırlanması:
Soğanları uzununa doğrayın. Sümüklü əti doğrayın, duz, istiot və soğanla qarışdırın.

Pomidorların qabığını soyub halqa, bibəri jülyen (saman kimi) doğrayın. Qazanın dibinə ətlə soğanı qoyun, bunların üstünə bibəri döşəyin. Lap üstdən pomidoru düzün, duz və istiot səpin. 1 st. soyuq su töküb vam odda təxminən iki saat bişirin.
 

0 şərh