Qazan kotleti

Qazan kotleti üçün ərzaqlar:
  • 500 q çəkilmiş ət
  • 3 ədəd baş soğan
  • 4-5 ədəd kartof
  • 2 ədəd şirin bibər
  • 3 ədəd pomidor
  • 3 x.q əridilmiş kərə yağı
  • 1/2 st su
  • 1 balaca dəstə (keşniş, şüyüd, reyhan)
  • Duz
  • Istiot

Qazan kotletinin hazırlanması:

  • Bütün tərəvəzləri təmizləyib yuyuruq. Soğanın ikisini ətlə bir maşından keçirib üstünə duz və istiot töküb qarışdırırıq.
  •  Bir ədəd soğanı nazik halqa doğrayırıq.
  •  Kartofu halqa doğrayırıq.
  •  Pomidoru halqa doğrayırıq.
  •  Bibəri ya halqa ya da nazik uzun doğrayırıq.
  •  Qazana birinci ətdən kotletlər düzəldib düzürük.
  • Ətin üstünə kartofu düzürük.
  • Kartofun üstündən soğanı tökürük.
  • Soğanın üstünə bibəri tökürük.
  •  Bibərin üstünə pomidorları düzürük.
  •  Üstünə duz, istiot, yağ və su töküb yeməyi vam odda bişməyə qoyuruq.
  •  Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.


Nuş olsun!

9 şərh

Ferbara
Əslində lap birinci qazana pomidor düzülməlidi ki, ət qazana yapışmasın. Biz bişirdiyimiz qazan kotletinin görünüşü tamam başqa cürdü…
Someone

Su tökülür. Ona görə yapışmaz bəlkədə, amma hər ehtimal dediyiniz kimi də etmək olar. Altdan düzmək olar sonra üstən də pomidorun souzu cixsin deyə

Ferbara
Elədi. İnşallah, mən də şəklini yerləşdirərəm burda. :)
Someone

mən də şəklini yerləşdirərəm burda… bax bunu anlamadım :))

Ferbara
Bizim bişirdiyimiz qazan kotletini şərhdə yerləşdirəcəm. :) Sizin yerləşdirdiyiniz şəkildəki kotlet qızardılmışa oxşayır. :) Kartof da halqa şəklində olmalıdı.
Ferbara
*qazan kotletinin şəklini.
Yəni fərqi göstərməkdən ötrü. 
Someone
hə düzdü :)) eslini tapa bilmədim. Siz göndərərsiz icazənizlə deyişdirərik
Ferbara
O da yaxşı fikirdi. :) Anlaşdıq. :)