Kabab salatı

Ərzaqlar:
3 ədəd pomidor
3 ədəd badımcan
3 ədəd bolqar bibəri
100 qr ağ pendir
Keşniş
Şüyüd
Yaşıl soğan

Hazırlanması:
Əsas işə badımcan, pomidor, bolqar bibərini sobada bişirərək başlayırırq.

Onları yaxşı bişirdikdən sonra qabıqlarını soyur və iri bir qabın içərisində əzirik.

Daha sonra həmin qaba doğranmış göyərti və pendiri qatıb üzərinə az miqdarda bitki yağı əlavə edirik.

Artıq salatımız süfrəyə təqdim edilmək üçün hazırdır. Nuş olsun!

0 şərh