Simit

Ərzaqlar:

 3 st un

1/3 st duru yağ

1 st ilıq su

4 x.q bəhməz

1/2  ç.q duz

1 paket quru maya

Küncüt  (1 st)



Hazırlanması:


İlıq sudan 4 x.q bəhməzin üstünə töküb qarışdırıb  bir kənara qoyuruq.

Ələnmiş unun üstünə suyu, duzu, mayanı və yağı əlavə edib yumşaq xəmir yoğururuq. Xəmirin üstünü örtüb isti yerdə 1 saat saxlayırıq.

 

 
 Bir saatdan sonra xəmirdən 6 kündə düzəldirik.

  


 Kündənin birini götürüb əlimizlə uzadırıq və iki qatlayırıq. Açıq ucunu bərkidib iki tərəfdən əlimizlə bururuq.Burulmuş xəmirin uclarını birləşdiririk.

  


Hazırladığımız burulmuş xəmiri əvvəlcə sulu bəhməzə salırıq. Sonra çıxarıb çüncütün içinə salırıq. Hərtərəfini küncütləyirik. Bu şəkildə hamısını düzəldib qaba kağız sərib aralı yığırıq.

  


 Bir saat saxlayırıqxəmir özünə gəlib və şişəcək. Bir saatdan sonra sobanı 220 dərəcə qızdırıb 20 dəqiqəyə bişiririk.

 

Nuş olsun!

 

0 şərh