Narlı şorba

Tərkibi:
-1 kq turş nar
-Yarım litr ət suyu
-3 xörək qaşığı un
-Kərə yağı
-İncə doğranmış nanə və cəfəri
— Duz və istiot

Hazırlanması:
Ət suyunu qaynadın. Narlardan birini ikiyə bölüb dənələyin. Qalan narların suyunu sıxın.

Sıxılmış nar suyunu ət suyuna əlavə edin. Unu kərə yağında qovurun. Ət və nar suyunu qaşıq-qaşıq azca götürün, qovurduğunuz una əlavə edib qarışdırın. Un qızarmış rəng alandan sonra qaynatdığınız nar və ət suyuna əlavə edin.

Şorba qatı hala gələnə kimi qarışdırın. Üzərini cəfəri, nanə və ayırdığınız nar dənələri ilə bəzəyib, süfrəyə təqdim edə bilərsiniz. Nuş olsun!
 

0 şərh