Sobada beşamel souslu badımcan

                           

Fransız mətbəxi müxtəlif souslar ilə zəngindir. Bunlardan ən məşhuru isə beşamel sousudur. Bəzən bu sousa «ağ sous» da deyirlər. Əsrlər boyu bu sous kulinariyanın favoriti hesab olunur, ancaq hələ də bu sousun hansı ölkənin mətbəxinə aid olduğu barədə mübahisələr davam edir. Bəzən beşamel sousunun İtalyan mətbəxinə də aid olduğu bildirilir.  Süd, yağ və undan hazırlanan bu sousa müxtəlif ədviyyatlar qatılaraq fərqli dadlar əldə etmək olar. Beşamel sousu ət, toyuq, balıq və tərəvəz yeməkləri ilə əla uyğunlaşır. Bu sousu necə hazırlamağı isə bu reseptdən öyrənə bilərsiz. Ət və tərəvəzlər ilə birlikdə çox ləzzətli bir yemək alınır.

Lazım olan ərzaqlar: 

2 böyük badımcan

500 qr ət

1 soğan

2 böyük pomidor

1 yaşıl bibər

duz

istiot

qızartmaq üçün yağ

Sous üçün:

2-3 x.q. kərə yağı

2 x.q. un ( dolu olmayan) 

2 st. süd

duz

istiot
Üzəri üçün :

200 qr holland pendiri

Hazırlanması:

Badımcanları ara bir soyub, nazik, uzun fallar şəklində doğrayıb duzlayın, 20-30 dəqiqə kənara qoyun.

 Picture

Sonra soyuq su ilə yuyub, yağda azca qızardıb salfetin üzərinə düzün ki, artıq yağı çəkilsin.

 Picture

Əti doğrayıb tavada suyunu çəkənə qədər bişirin.

 Picture

Ətin suyu çəkiləndə soğanı xırda doğrayın, bibəri də doğrayıb ətin üzərinə əlavə edib bişirin.

 Picture

Pomidoru sürtkəcdən keçirib və ya xırda doğrayıb bura əlavə edin, yarım stəkan da su əlavə edib,duz və istiotunu töküb qapağı bağlı şəkildə bişirin.

 Picture

Ət bişən müddətdə beşamel sousunu hazırlayaq. Bunun üçün un və yağı bir kiçik qazana qoyub az odda qovuraq.

 Picture

Sonra südü əlavə edib çırpma telı ilə tez-tez qarışdırın ki, un toparlanmasın. Duz və istiotunu da əlavə edin. Sous qatılaşanda kənara çəkin.

 Picture

Qızartdığınız badımcanları soba qabına düzün.

Picture

Üzərindən əti tökün.

 Picture

Sonra beşamel sousunu yemeyin hər tərəfinə tökün.

 Picture

Ən üstə sürtkəcdən keçirilmiş holland pendiri səpin və sobada 180 dərəcədə 20-30 dəqiqə bişirin.

Picture

Beşamel souslu badımcan yeməyimiz hazırdı. 

Nuş olsun!

Mənbə: LovelyClinary

                                  

0 şərh