Əriştəli plov


Bu da o biri plovlar kimi bişirilir. Fərqi ondadır ki, buna düyüdən başqa əriştə də tökülür. Düyü qaynadıqdan bir qədər sonra, yəni bir az yumşaldıqdan sonra içərisinə əriştə tökülür. Əriştə ilə də 3-4 dəqiqə qaynadıqdan sonra süzülür.

O biri plovlar kimi ya yumurta qazmağı hazırlanır, yaxud dağ olmuş yağa töküb, adi qazmaq almaq üçün dəmə qoyulur. Dəmə qulluq edilir, dəm zamanı yağ tökülür. Dəm aldıqdan sonra iri buludlara çəkilib süfrəyə verilir. Əksər hallarda bunu, bişmiş ləpə, qiymə, soğança, tomat və yumurtadan hazırlanan qara ilə yeyirlər.

Süfrədə kələm şorbası, göyərti, duzlu xiyar, soğan olmalıdır.
 

0 şərh