Südlü sufle

Süddən hazırlanmış çərəzlər yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün də çox dadlı və faydalıdır. Sizə hər kəsin xoşuna gələ biləcək bir çərəz resepti təqdim edirik.

Südlü sufle – yüngül və olduqca zərif bir çərəzdir. Onda yalnız bir çatışmazlığı var ki, onu bişdikdən dərhal sonra süfrəyə vermək lazımdır.

4-5 porsiya üçün:
Otaq temperaturunda olan süd – 1 litr,
Yumurta – 10 ədəd,
Buğda unu – 125 q,
Kərə yağı – 50 q,
Şəkər tozu – 300 q + 4 x.q.,
Vanil.

Hazırlıq prosesi:
Unu odavamlı qabda 300 q. şəkər tozu ilə qarışdırın, üzərinə kərə yağı və 6 yumurta sarısını əlavə edin və orta oda qoyun. Qarışığı daim qarışdıraraq dərhal onun təkibinə incə axınla süd əlavə edin.

Sufle qaynadıqdan sonra, atəşi minimuma endirin və qarışdıraraq 10-15 dəqiqə ərzində bişirməni davam edin (qatılaşana qədər).

Sonra suflenin üzərinə vanil əlavə edin və daim qarışdıraraq soyudun ki, səthində qabıq yaranmasın. Kütlə soyuduqdan sonra üzərinə qalan 4 yumurta sarısını əlavə edin. Soyudulmuş 6 yumurta ağını bərk köpük halına qədər çalın, və üzərinə 2 x.q. şəkər tozu əlavə edin. Yumurta ağını əsas qarışığa əlavə edin və səliqə ilə qarışdırın.

Sufle üçün formaya kərə yağı çəkin, üzərinə bir az un və 1 x.q. şəkər səpin. “Xəmiri” ehtiyatla formaya qoyub 170-180 dərəcəyə qədər qızdırılmış sobada bişirin. Sufleni 20-25 dəqiqə həcmi artana qədər bişirin.

Sufleni sobadan çıxartdıqdan dərhal sonra yemək lazımdır. Çərəzi bişirdiyiniz qabda süfrəyə verin. Onun üzərinə 1 x.q. şəkər tozu səpin və istəkdən asılı olaraq dondurma ilə bəzəyin.

0 şərh