Lavaşana

Lavaşananı müxtəlif meyvə və giləmeyvədən hazırlamaq olar. Ən dadlı lavaşana alma, armud, heyva, alça və gavalıdan alınır.

Meyvə və giləmeyvənin üzərinə bir az su tökülür və vam odda yumuşalana qədər bişirilir, sonra aşsüzəndən keçirilir. Alma lavaşanası qarınçada bişirilmiş almadan hazırlanır.

1 kq əzməyə 200-dən 500 qrama qədər şəkər (meyvənin turşuluğundan asılı olaraq) qatılır.
Lavaşana emallı qazanda tez-tez qarışdırılmaqla bişirilir. Fikir vermək lazımdır ki, dibi yanmasın. Lavaşananın hazır olmasını qarışdırılan qaşığa yapışıb dartılması ilə təyin etmək olar. Lavaşanaya xüsusi ətir və tam vermək üçün hazır olmağa az qalmış ona xırda doğranmış qoz, yaxud naringi qabığı tozu qatmaq olar.

Hazır lavaşana üstünə perqament kağızı sərilmiş taxta, yaxud dayaz nimçəyə tökülür və bıçaqla hamarlanıb ya açıq havada, ya da qapısı açıq qarıncada 60 dərəcədə qurudulur. Sonra dürmələnib saxlanılır.

Laylı lavaşana da hazırlamaq olar. Bunun üçün bir lay alma, bir lay gavalı və s. sərilməlidir. Şirə çıxandan sonra qalan pıçaldan da lavaşana hazırlamaq olar. Onlar qızdırılır, isti-isti aşsüzəndən keçirilir və hazır olana qədər bişirilir. Belə lavaşanaya şəkər qatılmır.

0 şərh