Tərəvəz şorbası

Tərkibi:
4 xörək qaşığı qarğıdalı yağı
1 ədəd soğan1 ədəd balqabaq
2 ədəd kök
1 dəstə yaşıl soğan
1 ədəd sarı bibər
1 ədəd qırmızı bibər
1 dəstə kərəviz
5 stəkan isti toyuq suyu
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Ədviyyat üçün:
1 ədəd yumurta sarısı
3 xörək qaşığı qatıq
2 xörək qaşığı un
1 stəkan su

Hazırlanması:
Quru soğanı xırda–xırda doğrayın. Qabığını soyduğunuz kökləri ortadan ikiyə bölün,  rəngli bibərləri soğanla eyni ölçüdə doğrayın. Yaşıl soğan və kərəvəzi incə-incə diliməyin. Balqabağın uc qisimlərini atın. Qabığını soymadan kənar hissələrini kəsin. Ortada qalan çəyirdəkli qismini istifadə etməyin. Qabıqlı balqabaq parçalarını da xırda kublar şəklində doğrayın. Qarğıdalı yağını kiçik qazanda isidin. Sonra soğanları rəng alana kimi bu yağda qovurun. Sırayla doğranmış kök, kərəvəz, balqabaq, soğan, rəngli bibərləri əlavə edin. 5 dəqiqəyə qədər qovurun. İsti toyuq suyunu əlavə edin. Duz və istiotu əlavə edib 5 dəqiqəyə qədər qaynadın. 

Ədviyyat hissəsi üçün yumurta sarısı, un, qatıq və suyu ayrı bir qabda qarışdırın. Qaynayan şorbadan götürdüyünüz toyuq suyunu az-az bu qarışıma əlavə edin. Yumurtanın bişməməsi üçün tez-tez qarışdırın. Bütün bu qarışımı süzgəclə az-az şorbaya əlavə edin. 10 dəqiqə vam odda bişirdikdən sonra süfrəyə verə bilərsiz.

Nuş olsun!

0 şərh