Kəsmikli peçenye

Tərkibi:

Kəsmik — 250 qr
Kərə yağı — 200 qr
Un — 2 stəkan
Qabartma tozu — 1 çay qaşığı
Şəkər tozu — 1/3 stəkan

Hazırlanması:

1. Yumşaq kərə yağı kəsmiklə birlikdə həmcins kütlə alınana kimi mikserlə (və ya blenderdə) yaxşı qarışdırılır.

2. Un və qabartma tozu əlavə olunur və yenə yaxşı qarışdırılır. Xəmir yumşaq alınmalıdır, lakin əllərə yapışmamalıdır. Əgər xəmir əllərə yapışırsa, bir qədər un əlavə edin.

3. Stolun üzərinə bir qədər un tökün və xəmiri nazik yayın. Stəkanın köməyi ilə xəmirdən dairələri kəsin.

4. Hər dairənin bir tərəfini şəkər tozuna batırın və tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.

5. Daha sonra peçenyenin bir tərəfini yenə şəkər tozuna batırın və yenə tən ortadan elə qatlayın ki, şəkər içəridə qalsın.

6. Peçenyenin bir tərəfini şəkər tozuna batırın

7. Alınmış üçbucaqlıları bişirmək üçün protivenə un məmulatları üçün nəzərdə tutulmuş xüsusi kağız sərin və üzərinə peçenyeləri düzün (şəkəri olan tərəf yuxarıda qalmalıdır).

8. Peçenye sobada 180 C-də təxminən 20 dəqiqə ərzində bişirilir.

Nuş olsun!

0 şərh