Göbələk Rulo necə hazırlanır?

Tərkibi: 100 qr un, 250 qr süd, 6 ədəd yumurta, 100 qr kərə yağı, 100 qr rəndələnmiş qruyer pendiri, qara bibər, duz.

İç vasitələr: 80 qr un, 1/2 litr süd, 1 paket göbələk, 100 qr kərə yağı, 80 qr marqarin, 1/2 dəstə cəfəri, 150 qr rəndələnmiş qruyer pendiri.

Hazırlanması:

İlk əvvəl kərə yağı, süd və undan istifadə edərək xəmir hazırlayın. Tünd pudinq qatılığına gəldiyində sobadan alın. İçinə yumurta sarısı, duz, qara bibər və qruyer pendiri əlavə edin. Xəmir soyuduğu zaman daha əvvəl çırparaq qar halına gətirdiyiniz yumurta ağlarını əlavə edib, əvvəlcədən yağlayıb, unladığınız bir nimçəyə yayın. İsti bir sobada üzəri quruyub, altı sarımtıl bir rəng alana qədər bişirin. Bu yolla hazırlanmış ruloyu unladığınız bir mətbəx bezinə alt-üst edib yuvarlayın, xəmirin asanca yuvarlanması üçün sərt olmasına diqqət yetirin. İstiliyini qorumaq üçün ruloyu içində qaynar su olan bir qazanın buğunda gözlədin.

    Göbələkləri yuyun, az suda qaynadıb, incə dilimlər halında kəsin. Marqarin, un və südlə bir xəmir hazırlayıb onu incə doğranmış cəfəri və 50 qr kərə yağı ilə birlikdə göbələklərə əlavə edin. Ruloyu açıb üzərinə hazırladığınız bu iç qarışımı əlavə edin, təkrar yuvarlayıb üzərinə əridilmiş yağ və rəndələnmiş qruyer pendiri səpin. Ruloyu, göbələkli sous ilə bir yerdə servis edin. Sous da eyni iç qarışım kimi hazırlanır. Ancaq xəmir daha yüngül olmalıdır, arzu etsəniz iki xörək qaşığı xama əlavə edə bilərsiniz. Göbələk yerinə vetçina və ya qiymə ət də istifadə edə bilərsiniz.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

4 şərh

Shabnam_Ilham
Göbələklə hazırlanan yeməkləri çox sevirəm. İstədim bunu hazırlıyım, oxuyub bitirənə qədər həvəsim öldü, iştahdan kəsildim :D 
MuSHviG
Məncə elədə uzun resept deyil. Ola bilər tox vaxtınıza düşüb. Ac vaxtı axıra kimi oxuyacaqsız))
Shabnam_Ilham
Axıra kimi oxudum, amma hazırlanmasını göz önümə gətirəndə dedim elə oxusam yaxşıdı, hazırlasam yox :D Bir xəmirin nazı ilə nə qədər oynayırlar?? :))))
azadmamedov90
Toxun acdan nə xəbəri )) Mən bu qədər əziyyətdənsə gedib restoranda məhz bu və belə desertlərin dadına baxmaq üçün pul xərcləyərdim.