Yolka oyuncaqları salatı

Tərkibi: 
450 q kartof
5 yumurta
250 q bolqar bibəri 
1 xiyar 
mayonez 
şüyüd 

Hazırlanması:
Kartofu yaxşı yuyub qabığını soyun. Suya duz töküb qaynadın. Kartofları bütöv bişirin. Hazır olandan sonra çıxarıb boşqaba düzün, soyusun. 

Yumurtaları suda bişirin, qabığını soyun.

Qırmızı bolqar bibərini yuyub təmizləyin, kubik-kubik doğrayın. 

Şüyüdü xırda-xırda doğrayın, bolqa bibəri ilə qarışdırın. 

Kartof və yumurtanı sürtgəcin iri gözündən keçirin, mayonezlə qarışdırın. Alınan kütlədən kürələr düzəldin, şüyüd-bibər qarışığına batırın, təzə xiyar dilimlərilə bəzəyin. 

Vaxtınız çoxdursa, salatı iri şar formasında düzəldib şəklidəki qaydada bəzəyə bilərsiniz (bunun üçün qara zeytun, bişmiş yerkökü, rəngli bolqar bibərləri, göy soğan, nar lazım olacaq)
 

0 şərh