İspanaq salatı

Tərkibi:
500 qr körpə ispanaq
1 ədəd qırmızı dolmalıq bibər
1 ədəd yaşıl dolmalıq bibər
100 qram ağ pendir
2 dilim antrikot əti
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Sousu üçün:
2 yemək qaşığı sirkə
3 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz

Hazırlanması:
Təmiz yuduğunuz ispanaqları salat kasasına qoyun. Ortadan ikiyə kəsib çəyirdəklərini təmizlədiyiniz qırmızı, yaşıl bibərləri eyni ölçüdə doğrayın. Ət dilimlərini bibərlərlə eyni ölçüdə doğrayın. Zeytun yağını qızdırın. Ət və bibərləri duz istiot əlavə edib yağda qızardın.

Sousu üçün zeytun yağı, sirkə və duzu qarışdırın. Daha sonra sosunu əlavə edin.

Qeyd: Sousu əlavə etdikdən sonra gözlətmədən süfrəyə verin.
Əti kənarda istədiyiniz ədviyyatlarla qarışdırıb  qızarda bilərsiz. 

 

0 şərh