Keşniş sousu

Keşniş sousu toyuq, balıq, ət xörəkləri üçün əla sousdur. Qeyd olunan qidalara xüsusi dad verən bu sousu uzun müddət saxlamaq olmaz. Hazırladıqdan sonra soyuducuda cəmi bir həftə saxlamaq mümkündür. 

Tərkibi: 
4 iri dəstə keşniş
2 göy soğan
2-3 diş sarımsaq
1,5 sm təzə zəncəfil kökü
1 acı istiot (göy, yaxud qırmızı)
3 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz 
 
Hazırlanma qaydası:
Keşnişlə soğanı yuyub suyu çəkiləndən sonra iri doğrayın. 
Sarımsağı, zəncəfili təmizləyin, istiotu yuyun. 
Hamısını blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 
Başqa qaba töküb limon şirəsi, şəkər tozu və duz qatıb qarışdırın. 
Nuş olsun! 
 

0 şərh