Çiyələkli milkshake

Tərkibi:
250 qram çiyələk;
Bir stəkan soyuq süd;
İki çay qaşığı bal;
İki xörək qaşığı dondurma;
Beş-altı ədəd buz.
 
Hazırlanması:
İçkinin hazırlanma prosesi isə çox sadədir. Bunun üçün bütün ərzaqları blenderə əlavə edib qarışdırırıq.
Əldə etdiyimiz qarışığı stəkanlara töküb çiyələklə bəzəyib süfrəyə təqdim edirik.
Nuş olsun!

0 şərh