Makaron

Makaron şirniyyatları son zamanlar ən dəbdə olan şirniyyatlardan biridir. Bu rəngli balaca şirniyyatlara qarşı heç kim biganə qala bilmir. Bəs onları hazırlamaq üçün nə lazımdır? Düzdür makaron hazırlamaq asan olsa da, çox diqqət tələb edir. Makaronlar bişərkən sobanın qapağı tez-tez açmaq olmaz. Bişdiyini bilmək üçün onu ortasına nazik bir bıçaq batıraraq yoxlamaq olar.

Makaron xəmiri üçün: 
100 qr şəkər pudrası
50 qr badam (narın çəkilmiş)
2 ədəd yumurtanın ağı
4 xörək qaşığı şəkər tozu

Şokoladlı krem üçün: 
1 paket tünd şokolad (80 qr)
0.5 stəkan kakao
30 qr kərə yağı

Fısdıqlı krem üçün: 
40 qr duzsuz püstə
1 stəkan Şəkər
100 qr kərə yağı

Portağallı krem üçün: 
100 qr kərə yağı
1 stəkan portağal suyu
2 stəkan şəkər tozu
3 ədəd yumurtanın sarısı
2 ədəd yumurta
1 portağal
2 xörək qaşığı nişasta

Hazırlanma qaydası: 
Badam qarışığı əldə etmək üçün şəkər pudrası və badamı blender vasitəsi ilə toz halına gələnə qədər üyüdün. Yumurtanın ağını mikserin orta sürətində köpüklənənə qədər beş dəqiqə ərzində qarışdırın. Daha sonra mikserin sürətini artırıb xörək qaşığı şəkər tozunu əlavə edərək 4 dəqiqə qarışdırın.

Əldə etdiyiniz badamlı qarışığını süzgəcdən keçirin. Yumurta ağı və şəkər tozunu mikserdən hazırladığınız qarışığa əlavə edin. Tam həll olunana qədər qaşıqla qarışdırın. Xəmiri sıxma torbanın içinə əlavə edərək 2 sm ölçüdə dairəvi formada sobanın sinisinə qoyulan yağlı falqa kağızın üstünə sıxın.


Makaronlar 170 dərəcəyə istilikdə 10 dəqiqə ərzində bişir. Soyuyandan sonra arasını kremləyin. Xəmirə müxtəlif rənglər qatmaq olar.

0 şərh