Qara çörəkdən kvas

Tərkibi:
4-5 dilim qara çörək (borodinskiy)
1 çimdik kişmiş
3 x/q şəkər tozu
0,5 ç/q maya (acıtma)
3 litr su zövqə görə
0,25 ç/q qıtıqotu

Hazırlanma qaydası:
1. Çörək kubiklər şəklində doğranılır. 

2. Əvvəlcədən 160°C
temperaturundə isidilmiş sobada çörəklər 1 saat qurudulur. 

3. Əsas odur ki, çörəklər yanmasın, yoxsa kvas acı çıxar. 

4. Çörəklərlərə şəkər tozu, kişmiş əlavə edilir. Üzərinə qaynar su tökərək bir neçə saatlıq isti yerə yerləşdirilir. 

5. Yarım stəkan qaynar suya 1 ç/q şəkər tozu və yarım çay qaşığı maya əlavə edilərək qarışdırılır. 

6. Bir müddət maya aktivləşəndən sonra, çörəklərin üzərin əlavə edilir. 

7. Bir gün saxlanandan sonra natural çörək kvası hazır olur. Zövqə görə ona qıtıqotu və ya nanə əlavə etmək olar. Nuş olsun!

0 şərh