Kişmişli şirin plov

Tərkibi:
2 stəkan düyü
1 stəkan kişmiş
əridilmiş yağ

Hazırlanma qaydası:
Saytımızda müxtəlif növ plovlar haqqında yazmışıq. Demək olar ki reseptlərin hamısında düyünün hazırlanma mərhələsi eynidir, ona görə bu reseptdə düyünün necə bişirib süzülməsi haqqında ətraflı yazılmayıb. Kişmiş soyuq su ilə yuyulandan sonra üzərindən qaynar su axıdılır.

Sonra plov hazırlanır: düyü bişirilir, süzgəcdən keçirilir və qaynar su ilə yuyulur. Eyni zamanda müəyyən miqdarda yağ əridilir. İndi lazım olan bütün komponentlər hazırdır. Düyü bişən qazanın dibinə əridilmiş yağın bir hissəsi tökülür onun da üzərinə bir qədər hazır düyü əlavə edilir. Düyünün üzərinə yuyulmuş və pörtləmiş kişmiş əlavə edilir. Bu proses yenidən təkrarlanır: yağ əlavə edilir, uzərinə düyü və kişmiş.

Sonra qazanın qapağı bağlanılıb az odda 5-10 dəqiqə saxlanılır. Nəticədə dadlı kişmişli plov hazırdır. Zoğal kompotu ilə plov çox dadlı alınır. Nuş olsun!
 

0 şərh