Qat-qat peraşkilər

Tərkibi (6 pay):
1 kq dondurulmuş qat-qat xəmir (4 yarpaq)
300-400 q adıgey pendiri
200-300 q bərk pendir
300 q qaymaqlı pendir
göy soğan
şüyüd
cəfəri
ispanaq
2 diş sarımsaq
sevdiyiniz ədviyyat

Üzərinə:
2 yumurtanın sarısı
2 x.q. süd duz
1 ç.q. qara və ağ küncüt qarışığı

Hazırlanması:
İç üçün bərk və adıgey pendirlərini sürtgəcin iri gözündən keçirin. Göyərti və sarımsağı xırda doğrayın. Qaymaqlı pendir otaq temperaturunda olmalıdır, onu öncə ədviyyatla, sonra isə digər pendirlər, göyərti və sarımsaqla qarışdırın. Xəmirin donunu azca açın. Hər yarpağı 6 bərabər dördbucaqlıya bölün.
Bunların hər birini uzun yayıb dördbucaqlı, yaxud kvadrat yayıb üçbucaqlı formada peraşki hazırlamaq olar. Yayılmış xəmirin bir tərəfinə iç qoyun (təxminən 2 x.q.), digər tərəfini üzərinə örtüb kənarlarını yapışdırın. Perqament döşənmiş siniyə düzün. Yumurta sarıları, süd və duzu çəngəllə çalın. Peraşkilərin üzərinə çəkin, küncüt səpin. 200 dərəcə qızdırılmış sobada təxminən 20-25 dəqiqə, qızarınca bişirin. Nuş olsun!

0 şərh