Çiyələkli kvas

Tərkibi:
250 q çiyələk
700 ml su
2-3 x.q. şəkər tozu
0,5 ç.q. limon duzu
kişmiş

Hazırlanması:
Çiyələyin üzərinə su töküb ocağın üstünə qoyun. Qaynara düşdükdən sonra söndürün. 20 dəqiqə saxlayın. Şəkər tozu, limon duzu qatıb qarışdırın, süzün.
Butulkalara süzüb otaq temperaturunadək soyudun. Sonra hər butulkaya 5-6 kişmiş atın. Kvası iki-üç gün otaq temperaturunda, amma qaranlıq yerdə saxlayın.

Günlərin sayı artıq da ola bilər, hər şey temperaturdan, kvasın qıcqırmasından asılıdır. Hazır olduqda kişmişlər yuxarı qalxacaq və köpük əmələ gələcək. Bundan sonra kvası 4-5 gün də soyuducuda saxlamaq lazımdır. Nuş olsun!

0 şərh