Brokoli salatı

İnqridientlər:
500 qr brokoli
3-4 ədəd xiyar turşusu
200 qr konservləşdirilmiş qarğıdalı
3 ədəd közlənmiş qırmızı bibər
4 kol yaşıl soğan
2-3 diş sarımsaq
zeytun yağı
duz 1
ədəd limon

Hazırlanması:
Brokolini kiçik hissələrə ayırıb, suda 4 dəqiqə qaynadaraq suyunu süzün. Soyuduqdan sonra kiçik parçalara ayırıb bir qaba tökün. Soğanı, bibəri, xiyarı doğrayın. Daha sonra konservləşdirilmiş qarğıdalını, közlənmiş qırmızı bibəri, soğanı, xiyar turşusunu, sarımsaq və 1 limon suyunu əlavə edərək qarışdırın. Sonda duzu və zeytun yağını əlavə edərək qarışdırın.

0 şərh