Qağayı salatı

Tərkibi:
2 yumurta
100 q pendir (həm bərk «Qauda», həm də əridilmiş pendir istifadə edə bilərsiniz)
4 x.q. göy noxud konservi
duz
qara istiot
mayonez
göyərti

Hazırlanması:
Yumurtaları suda bişirib soyun. Noxudun suyunu süzün. Pendiri və yumurtanı noxud boyda doğrayın. Göyərtini xırdalayın. Şüyüd və göy soğandan, yaxud başqa sevdiyiniz göyərtidən istifadə edə bilərsiniz. Hamısını bir qaba yığıb duz, istiot, mayonez qatıb qarışdırın. Nuş olsun!

0 şərh