Avqolemono şorbası

Yunan dilində bu şorbanın adı — yumurta və limon deməkdir. Turşməzəliyi yaşıl şiyə bənzəyir, amma ondan fərqli olaraq daha doyumludur.

Tərkibi:
2 l toyuq bulyonu
4 x.q. uzun düyü
3 yumurta
3 x.q. limon şirəsi
2 ç.q. tərxun (doğranmış təzə, yaxud qurudulmuş)
duz
istiot

Hazırlanması:
Bulyonu qaynadın, yuyulmuş düyünü əlavə edin. 15-20 dəqiqə, düyü yumşalınca bişirin. Ocaqdan götürməzdən 5 dəqiqə əvvəl bulyondan bir neçə xörək qaşığı götürüb iri kasaya tökün. Kasadakı bulyonu soyudub içinə bir-bir yumurtaları qırın, hər birindən sonra da yaxşıca çalın. Sonda limon şirəsini əlavə edin. Ocağı azaldın.

Hazır yumurtalı-limonlu sousu qaynayan şorbanı tez-tez qarışdıra-qarışdıra yavaş-yavaş əlavə edin. Vam odda qarışdırın, amma qaynatmayın. Tərxun əlavə edib ocaqdan götürün. 10 dəqiqə dəmdə saxlayın. Süfrəyə verəndə yanında 1 dilim limon da qoyun. Nuş olsun!

0 şərh