Evdə KFC resepti ilə toyuq

4 nəfərlik porsiya  

Tərkibi :

2 stəkan un
2/3 x.q duz
½ q qurudulmuş kəklik otu
½ x.q qurudulmuş nanə
1 x.q kərəviz
1 x.q qarabibər
1 x.q quru xardal
2 x.q sarımsaq tozu
1 x.q zəncəfil
3 x.q üyüdülmüş ağ bibər
1 stəkan az yağlı qaymaq
1 yumurta
Doğranmış toyuq əti

Hazırlanma qaydası:
Un və digər ədviyyatları bir qabda qarışdırın. Başqa bir qabda yumurta və az yağlı kremi qarışdırın. Toyuq hissələrini 20-30 dəqiqə otaq temperaturunda saxlayın. Bu toyuq parçalarını un və ədviyyat qarışığının içinə batırın. Toyuq hissələrini bir rəfə düzüb, 20 dəqiqə gözləyin. Eyni zamanda qıraqları yüksək qazana 7-8 sm-lik yağ töküb, 175 dərəcəyə yaxın qızdıqdan sonra istiliyinin orta səviyyəyə düşməyini gözləyin. Yağ qəhvəyi rəng aldıqdan sonra toyuqları qızardın.

Qeyd: Hazırlanma vaxtı: 30 dəqiqə 
İslanma vaxtı: 20-30 dəqiqə 
Qızardılma vaxtı: 15-18 dəqiqə 

0 şərh