Siyənək salatı

Tərkibi:
200 qram duzlu siyənək
50 qram hisə verilmiş siyənək
50 qram duzlu xiyar
50 qram alma
1 ədəd soğan
50 qram duza qoyulmuş göbələk
1 dəstə cəfəri
Mayonez

Hazırlanması:
Hisə verilmiş və isladılmış duzlu siyənəyin dərisini soyun, sümüyünü təmizləyin və xıra kub şəklində doğrayın. Yumurtanı bərk qaynadın. Sonra bir neçə damcı bitki yağında yumurta sarısı, xama, duz, şəkər, sirkədən mayonez hazırlayın. Həddən artıq qatı sousu həlim və ya bulyonla həll edin. Qabıqları soyulmuş alma və duzlu xiyarı, soğan və yumurtanın ağını xırda kublar şəklində doğrayın, siyənək və mayonezin bir hissəsilə qarışdırıb salat qabına qoyun.

Süfrəyə verərkən mayonezin qalan hissəsini əlavə edib və üzərinə duza qoyulmuş göbələk, cəfəri şaxələri və ya yaşıl salat yarpaqları ilə bəzəmək olar. Qızardılmış kartofu yanında verin. Buterbrodların hazırlanmasında istifadə etmək məsləhət görülür.

0 şərh