Portağallı peçenye

Ərzaqlar:
1 paket marqarin
Sürtgəcdən keçirilmiş 2 portağal qabığı (qabığının ağ hissəsi olmamaq şərti ilə)
2 ədəd portağal suyu
2 yumurta
1,5 stəkan şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil
Un
Qoz

Hazırlanması:
Sadalananları bir qabda qarışdırıb yumşaq xəmir yoğurun. Xəmiri kiçik dilimlərə bölüb peçenye forması verib əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada çəhrayılaşana qədər bişirin. Nuş olsun!

0 şərh