Avokado salatı

Ərzaqlar:
Avokado — 2 ədəd
Qreyfurt — 1 ədəd
1 dəstə aruqula
Zeytun yağı, limon suyu
Duz, istiot

Hazırlanması:
Avokadoların qabıqlarını soyun, çəyirdəklərini çıxardın. Təmizlədiyiniz avokadoları kub şəklində, yaxud uzun şəkildə dilimlərə bölün.

Qreyfurtları təmizləyib doğrayın. Aruqulaları yuyub boşqaba düzün. Üzərinə avokado və qreyfurtları düzün. Zeytun yağı və limon suyu ilə sous hazırlayıb üzərinə gəzdirin. Zövqə gör duz, istiot əlavə edin və qozla bəzəyib süfrəyə təqdim edin.
Nuş olsun!

0 şərh