Dadlı omlet

Tərkibi:
2 ədəd kartof,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
Holland pendiri dilimi,
Çox az qara bibər,
2 yemək qaşığı qədər maye yağ.

Hazırlanması:
Kartofların qabıqlarını soyub kub şəklində doğrayaq. Kartofları maye yağda qızardaq.

Qızaran kartofların üzərinə çırpılmış yumurta, duzu və qara bibəri əlavə edib bişirək. Sonra qazdan götürüb üzərinə pendir dilimlərini yerləşdirək. Daha sonra üzərini bir qapaq ilə bağlayıb pendirin əriməsini gözləyək.
 
loading...

0 şərh