Mozzarella salatı

salatİçindəkilər:
 6 ədəd pomidor
 3 ədəd mozarella topu
 1 ədəd kiçik soğan
 2 diş sarımsaq
 Zeytun yağı
 1-2 yarpaq reyhan

Hazırlanması:
1. Pomidorları yuyun və yumru şəkildə dilimləyin.
2. Mozarella toplarını bərabər ölçüdə incə-incə dilimləyin.
3. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün.
4. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin.
5. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

P.S: 6 nəfərlik / 15 dəqiqə hazırlama müddəti

0 şərh