Yay meyvələrindən salat

İçindəkilər:
  • 150 qr. çiyələk
  • 150 qr. ağ üzüm
  • 2 ədəd kivi
  • 1 ədəd banan
  • 1 ananas
  • 1 ədəd portağal
  • 1 x.q. bal

Hazırlanması:
1. Çiyələkləri yuyun, yaşıl hissəsini təmizləyin, 4 hissəyə bölün. Kivinin qabığını soyun, 4 hissəyə bölün. Ananası soyun, bir hissəsini dilimləyin, bir hissəsinin də suyunu çəkin.
2. Portağalı soyun, 4 hissəyə bölün.
3. Dərin qabda bütün meyvələri qarışdırın. Ananas suyunu və balı əlavə edin.
4. Qarışdırın və süfrəyə verin.

Nuş olsun!

P.S: 4 nəfərlik / 15 dəqiqə hazırlama müddəti

0 şərh