Pəhriz kotleti

Tərkibi:
600 qr toyuq filesi
300 qr gül kələmi
1 ədəd bolqar bibəri
70-80 qr bərk pendir
2 ədəd yumurta
2 xörək qaşığı xama
2 xörək qaşığı un
göy soğan, cəfəri
duz
istiot.

Hazırlanma qaydası:
Öncə toyuq filesini kiçik kub şəklində doğrayın, bolqar bibərini də eyni qayda ilə doğrayın. Gül kələmini 5 dəqiqə duzlu suda qanadın, suyunu süzün və xırda doğrayın. Xırda doğranmış göyərtiləri də əlavə edin. Pendiri sürtgəcin iri gözündən keçirin, yumurta, xama, un, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Qabın qapağını bağlayıb 1 saatlıq soyuducuya qoyun.

Soyuducudan çıxartdığınız qiymədən əlinizi isladaraq orta böyüklükdə kotletlər düzəldin. Kotletləri bitki yağında orta odda hər iki tərəfi qızılı rəng olanadək qızardın. Bişən kotletləri balaca qazana üst-üstə yığıb, qapağını bağlayın və 5 dəqiqə dinləndirin. İstənilən qarnirlə və ya tərəvəz salatıyla süfrəyə verə bilərsiniz Nuş olsun!

0 şərh