Şokoladlı bulka

Tərkibi:
300 qr un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
1/2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
75 qr doğranmış soyuq kərə yağı
150 ml soyuq süd. 

Aralarına qoymaq üçün:
Arzu etdiyiniz qədər tünd şokolad (60%). 

Üzərinə:
Çalınmış 1 yumurta. 

Hazırlanma qaydası:
Öncə bir qabda un, qabartma tozu, duz, soda və şəkər tozunu qarışdırın.Unlu qarışığa dilimlənmiş soyuq kərə yağını əlavə edib əlinizlə ovun. Süd tökün və xəmir yoğurun. Unlanmış dəzgahın üzərində xəmiri yoğurun və 3 mm qalınlığında düzbucaq formasında yayın.

Xəmiri 12 bərabər hissəyə bölün və hər hissəyə şokolad parçaları yerləşdirin. Xəmiri şokolad parçalarının üzərinə bükün və kənarlarını yüngülcə basın ki, yapışsın. Bulkaları yağlı kağız sərilmiş soba sinisinə düzün və üzərinə çırpılmış yumurta yaxın. 210 dərəcə qızdrılmış sobada 15-20 dəqiqə qızılı rəng alanadək bişirin. Bişən bulkaları kofe və ya südlə süfrəyə verə bilərsiniz. Nuş olsun!
 

0 şərh