Alman tortu

İnqridientlər:
3 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
3 stəkan duru yağ
Qabartma tozu

Kremi üçün:
Yarım litr süd
3 qaşıq un
1 stəkan şəkər tozu
1 yumurta
1 qaşıq kərə yağı
Vanil
Marmelad

Hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər tozunu çalaraq köpükləndirin. Süd, un, yağ və qabartma tozunu əlavə edərək, keks xəmiri yaradın. Xəmiri yağlanmış soba qabına töküb 160 dərəcədə əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişirin.
Bişəndən sonra sobadan çıxarıb soyudun. Kremin hazırlanması: Kremini hazırlamaq üçün ərzaqları qazanda tündləşənə qədər qarışdıraraq bişirin. Krem hazır olduqda keksinizi ortadan iki hissəyə bölün. Arasına bütün kremi töküb yayın. Üzərinə istədiyiniz qədər marmelad tökün. Keksin üst qismini bağlayın və pudra şəkəri ələyin. Soyuduqdan sonra servis edə bilərsiniz. Nuş olsun!
 

0 şərh