Fransız salatı

Ərzaqlar:
Alma — 2 ədəd
Yumurta — 4 ədəd
Kök – 2 ədəd
Soğan –1 ədəd
Mayonez — 50 qr.
Pendir – 50 qr.

Hazırlanması:
1-ci lay: soğan irigözlü sürtgəcdən keçirilir, üzərinə qaynar su alınıb, acısı çıxarılır. Sonra tənzifdən keçirilir. Boşqaba yayılır, üzərinə mayonez çəkilir.
2-ci lay: Almanın birini irigözlü sürtgəcdən keçiririk, yayırıq, mayonez çəkirik.
3-cü lay: 2 bişmiş yumurtanı irigöz sürtgəcdən keçirib, yayır, yenə mayonezləyirik.
4-cü lay: 1 kökü sürtgəcdən keçirib, yayır, üzərindən mayonez.
5-ci lay: pendiri xırda sürtgəcdən keçirib, yayır və mayonez çəkilir.
Sonra laylar belə təkrarlanır: 1 ədəd alma, 2 yumurta, 1 kök, pendir.
Zövqə görə göyərti səpə bilərsiz.

0 şərh