Klassik Şuba salatı

Ərzaqlar:
Hisə verilmiş siyənək balığı və ya onun filesi – 400 qr.
Çuğundur – 1 ədəd
Kök – 2 ədəd
Kartof – 2 ədəd
Qırmızı baş soğan – 1 ədəd
Mayonez – 250 qr.
Duz.

Hazırlanması:
Siyənək balığı sümüklərdən təmizlənir, xırda tikələrə bölünür. Tərəvəzlər bişənə kimi qaynadılır.
Soyudulur və təmizlənir.
Salatın birinci qatı kartofdur. Onu salat qabının içinə sürtgəcdən keçiririk, duz səpirik və mayonez yaxırıq. Qırmızı soğan xırdalanır, kartofun üzərindən səpilir. Yenə mayonez çəkilir.
3-cü qatı balıq tikələri tamamlayır. Üzərinə sürtəcdən keçirilmiş kök səpilir və mayonezlənir.
Ən sonda çuğundur sürtgəcdən keçirilir və salatı tamamlayır, duz səpilir. Üstü mayonezlənir. Bir qədər soyuducuda qalandan sonra süfrəyə verə bilərsiz. Nuş olsun!

0 şərh