Soyuq sitruslu çay

Tərkibi:
1 dəstə nanə
2-3 sm təzə imbir kökü
1 çimdik kardamon tozu (marketlərdə satılır)
2 xörək qaşığı bal
1 naringi şirəsi
Yarım limon şirəsi
0,5-0,7 l qaynar su

Hazırlanma qaydası:
Nanə və imbiri blenderdə xırdalayın, üzərinə kardamon əlavə edib qarışdırın. Alınan kütləni çaynikə əlavə edib üzərinə qaynar su əlavə edib 30-40 dəqiqə dəmləyin. Soyuduqdan sonra üzərinə bal, naringi və limonun şirəsini əlavə edin. Daha sonra soyuducuya yerləşdirə bilərsiniz.

Qəbul qaydası: yeməkdən yarım saat əvvəl və yeməkdən 2 saat sonra qəbul edə bilərsiniz.

0 şərh