Paprikas ksutimama

Ərzaqlar:
1,5 kq kartof
1ədəd soğan
1ədəd sarımsaq
2 ədəd pomidor
2 yemək qaşığı yağ
1 çay qaşığı cirə
0.05 kq kolbasa
70 g sosiska
duz və bibər zövqə görə.

Hazırlanması:
Tərəvəzləri yuyuruq, kartofu kiçik kubiklərə (2-3 sm) doğrayırıq, soğanı xırda-xırda kəsirik. Yağda soğanı pörtlədib bir az duz əlavə edirik (soğan belə daha çox su və dad verir).

Soğanın içinə pomidor və sarımsaq əlavə edirik və iki dəqiqəlik hamısını bişiririk. Həmin əsasın içinə qırmızı bibər əlavə edib hamısını qarışdırırıq və kartof, sonra su əlavə edirik. Duz, bibər və cirə əlavə edib kartofu qismən qapaq altında bişiririk, ardından kolbasa və sosiska əlavə edib kartofu yumuşaq olanadək bişiririk.

 Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
 

0 şərh