Yaşıl acika

Bu dəfə qırmızı yox, yaşıl rəngdə acika hazırlayacağıq. Abxaziya mətbəxindən olan bu qeyri-adi acika qış üçün əla bağlamadır!

Ərzaqlar:
Keşniş — 2 dəstə
Cəfəri -1 dəstə
Şüyüd – 1 dəstə
Bənövşəyi reyhan – 1 dəstə
Sarımsaq – 3 diş
Yaşıl uzun bibər – 6 ədəd
Qoz ləpəsi – 2 stəkan
Zirə – 2 x.q.
Nanə – 4-5 sap
Koriandr – 3 x.q.
Qara istiot
Duz.

Hazırlanması:
Bütün göyərtilər yuyulur, qurudulur. Geniş dərin tavada zirə və koriandr bir az qovrulur, sonra həvəngdə əzilir. Bibərin yalnız saplaq hissəsi kəsilir, tumu qalır. Bütün ərzaqlar iki dəfə ətçəkəndən keçirilir. Duz, qara istiot səpilir, üyüdülmüş ədviyyatlar qatılır, yaxşıca qarışdırılır. Hazır acika bankaya yığılıb, ağzı kip bağlanılır, soyuducuda saxlanılır.

sufrem.az
 

0 şərh