Burçak-şurpa

Ərzaqlar:
Ət — 700 qr.
Kartof — 5 ədəd
Soğan -1 baş
Paxla — 1 st.
Tomat pastası -2 x.q.
Əriştə -150 qr.
Su – 2 l.
Duz, istiot.

Hazırlanması:
Əvvəlcə əti qazana töküb üzərinə su alırsız. Qaynamağa qoyursunuz. Kəfini yığırsınız, duz vurub tam bişənə kimi qaynadırsınız.

Ət bişənə kimi digər işləri görmək olar. Məsələn, kartofları soyub kub şəklində doğrayırsınız və bulyonun içinə atırsınız. 10 dəqiqə sonra yağda qızardılmış soğan və tomatı da qazana tökürsünüz. Yaxşıca qarışdırıb daha 20 dəqiqə bişirisiniz. Şorba hazır olanda göyərtisini səpməyi unutmayın.

0 şərh