Qırmızı lobya şorbası

Ərzaqlar:
Qırmızı lobya 2/3 stəkan
Orta boy soğan 1 ədəd
Pomidor 3 ədəd
Sarımsaq (zövqə görə) 3-5 diş
Kartof 2 ədəd
Bitki yağı 3-4 xörək qaşığı
Acı, yaşıl və ya qırmızı bibər 1 ədəd
Cəfəri və şüyüt
Ədviyyatlar: sarıkök, qara və qırmızı toz bibər, xmeli suneli, duz
Ət bulyonu və ya vegetarian üsulu qaynadılmış su
Qaynadılmış ət.

Hazırlanması:
Hazırlamadan əvvəl lobyanı soyuq suda 5 saat saxlayırıq. 1 gecədə saxlaya bilərik. Su, lobyanın şişməsi üçün çox olmalıdır. Sonra suyu dəyişib, lobyanı 1,5 saat bişiririk.

Soğanı doğrayır, pomidorun qabıqlarını soyuruq. Soğanı qızarana qədər qovururuq,sonra isə pomidoru və xırda doğranmış acı bibəri əlavə edirik.Bişənə yaxın 3-5 diş sarımsağı da tökürük. Hazır olduqdan sonra blenderlə əzirik.

Bütün bunları qazana töküb, lobya və bulyonu (su) əlavə edirik. Qarışdıraraq oda qoyuruq. Kubik şəklində doğranmış kartofları da töküb, 15 dəqiqə bişiririk.

İstəyinizə görə 1 azca ət də əlavə edə bilərsiniz. Hazır olmağa yaxın ədviyyatları və duzu tökün. Servis edərkən zövqə görə göyərti də səpə bilərsiniz. Nuş olsun!

0 şərh