Duzlu xiyar şorbası

Bu şorba resepti sərin günlərdə lap yerinə düşər. Tərkibində duzlu xiyar olan şorbanı kim yeyib? Yəqin ki, heç kəs! Odur ki, tanış olmağa, dadmağa dəyər. Onu da qeyd edək ki, duzlu xiyarlı şorba slavyan xalqlarının ən məşhur duru yeməyidir.

Ərzaqlar:
Duzlu xiyar – 5 ədəd
Duzlu xiyarın suyu – 100 ml.
Arpa yarması – 70 qr.
Kartof – 5 ədəd
Baş soğan – 1 ədəd
Kök – 1 ədəd
Duz – zövqə görə
İstiot – zövqə görə
Göyərti – zövqə görə
Bitki yağı.

Hazırlanması:
Yaxşı olar ki, arpanı gecədən səhərə kimi islağa qoyasız. Sonra onun üzərinə su alırsız və odun üzərinə qoyursuz. Baş soğan xırda kub formasında doğranılır. Kök sürtgəcdən keçirilir. Soğanla kökü bitki yağında yumşalana kimi qovurursuz, üzərinə tomat pastası tökürsüz, qarışdırırsız. Duzlu xiyarlar uzun-uzun doğranılır və tavaya — tərəvəzlərin üzərinə tökülür. Suyu da tavaya əlavə edilir, 1 dəqiqə bişirilir.* Kartofların qabığı soyulur, xırdalanır, arpanın üzərinə tökülür ki, bişsin. 10 dəqiqə sonra tavadakı sous qazana əlavə edilir, duz-istiot vurulur, qarışdırılır, daha 10 dəqiqə bişirilir. Süfrəyə çəkilən zaman üzərinə göyərti səpilir. Bu şorbanın yanında xama verilməlidir. Nuş olsun!

sufrem.az

0 şərh