Moxito

Tərkibi (1 nəfərlik):
  • 3 ç.q. qəhvəyi şəkər
  • laym
  • nanə
  • 50 ml rom
  • 150-200 ml qazlı su
  • buz.

Hazırlanması:
Qəhvəyi şəkərin əvəzinə ağ şəkər tozu, laym əvəzinə limon istifadə edə bilərsiniz (amma o zaman dadı tamamilə fərqlənəcək). Rom əlavə etməmək də olar, o zaman alkoqolsuz moxito alınacaq. 

Laymı iki yerə, bunun bir hissəsini isə daha iki və ya üç yerə bölün. Badənin içinə şəkər tozunu tökün. Laymın suyunu badəyə sıxın. Qabıqlarını da badənin içinə qoyun. Nanə əlavə edin. Qarışdırın, nanə yarpaqlarını azca əzin. Badənin 1/3-i qədər buz doldurun. Rom əlavə edin. Üzərinə qazlı su əlavə edin. bir dilim laym və nanə ilə bəzəyin. Nuş olsun!
 

0 şərh