Avokado salatı

Tərkibi:
avokado — 2 ədəd
döş əti — 300 qram
pomidor — 250 qram
bolqar bibəri (sarı rəng) — 200 qram
limon şirəsi — 3 xörək qaşığı
göyərti — zövqə görə
duz, istiot
mayonez.

Hazırlanması:
Toyuğun döş əti bişirilir, soyuduqdan sonra xırda hissələrə ayrılır. Pomidorlar kubik şəklində, bibərlər isə xırda kvadratlar şəklində doğranır. Avokadolar kubik şəklində doğranır və xırda doğranmış göyərtilərlə birlikdə digər məhsullara qatılır. Duz, istiot və mayonez qatıldıqdan sonra salatı süfrəyə vermək olar.

0 şərh