Krevet şorbası

İnqridientlər:
200-300 qr toyuq əti
200 qr krevet
1-1,5 stəkan bişmiş düyü
2 diş sarımsaq
20 qram zəncəfil
1 ədəd qırmızı acı bibər
1 ədəd limon
1 litr toyuq bulyonu
2-3 çay qaşığı bitki yağı
Yarım dəstə cəfəri.

Hazırlanma qaydası:
Düyü əvvəlcədən bişirilir, göyərti, acı bibər, limon, sarımsaq və zəncəfil təmizlənir. Bişmiş toyuq kiçik parçalara bölünür, zəncəfil və sarımsaq bıçaqla xırdalanır. Krevetlər təmizlənib yuyulur, acı bibər və göyərti doğranır, limon dörd yerə bölünür. Zəncəfil və sarımsaq yağda 3-4 dəqiqə qızardılır, bulyon tökülür. Düyü əlavə edilib 5-7 dəqiqə bişirilir. Toyuq və krevetlər əlavə edilərək 2-3 dəqiqə bişirilir. Şorba kasaya tökülür, cəfəri limon dilimi əlavə edilir.

0 şərh