Tacir salatı

İnqridientlər:
Hisə verilmiış forel balığı – 200 qr. 
Yumurta – 4 ədəd
Uzun düyü – 200 qr.
Baş soğan – 1 ədəd
Qırmızı balıq kürüsü – 2 xörək qaşığı
Təzə xiyar
Limon
Şüyüd
Mayonez.

Hazırlanma qaydası:
1. Düyü və yumurtanı suda bişirin. Düyünü axar su altında yuyun, yumurtanın qabığını soyun. Soğanı təmizləyin. Foreli, yumurta və soğanı xırda kubik şəklində doğrayın. Şüyüdu yuyub doğrayın, bir az bəzəməyə saxlayın.

2. Bütün bunları qarışdırın, mayonez əlavə edin və yenə də qarışdırın və səliqə ilə salat qabına qoyun. Salata kiçik dağ forması verin.

3. Limon və xiyarı yuyun, salfetlə qurudun və nazik dilimlərə kəsin.

4. Hazır salata qırmızı balıq kürüsünü qoyun və üzərini limon və xiyar dilimləri, şüyüd ilə bəzəyin.

0 şərh