Qoz küküsü

Ərzaqlar:
Yumurta – 5 ədəd
Baş soğan – 2 ədəd
Qoz ləpəsi – 100 qr.
Ərinmiş kərə yağı – 3 x.q.
Alça turşusu (palçıq alça) – 2 x.q.
Duz, istiot – zövqə görə.

Hazırlanması:
Qoz ətçəkəndən keçirilir. Soğan da ətçəkəndən keçirilir və süzülür ki, acı suyu çıxsın. Qoz, alça turşu, soğan, yumurtalar qarışdırılır, yarıyumşaq kütlə alınır. Zövqə görə duz, istiot qatılır.

Tavada yağ dağ olunur, kütlə ya bütünlükdə tavaya tökülüb bütöv bişirilir, ya da qaşıqla az az qoyulur. Hər iki üzü qızardılır. Süfrəyə verdikdə üzərinə qoz ləpəsi qoya bilərsiz.  Nuş olsun!

sufrem.az
 

0 şərh