Ağ balıq buğlaması

İnqridientlər:
— 200 qram duzlu ağ balıq qurusu
— 20 qram un
— 50 qarm soğan
— 100 qarm pomidor
— 5 diş sarımsaq
— 20 qram zeytun yağı
— şüyüd
— istiot, duz.

Hazırlanma qaydası:
Duzlu ağ balıq filesi 1 gün soyuq suda saxlanılır, hissələrə bölünür və üzərinə un səpilir.

Duz və istiot vurulduqdan sonra zeytun yağında qızardılır. Xırda doğranmış tərəvəzlər yağa tökülür, üzərinə isə xırda doğranmış şüyüd və qızardılmış balıq qoyulur. Zəif odda hazır olana qədər bişirilir.

0 şərh