Nutella tortu

Ərzaqlar:
Şəkərli peçenye – 250 q.
Yumşaldılmış kərə yağı – 75 q.
Nutella – 400 q.
Fındıq – 100 q. (tavada azca qızardılmış və doğranmış)
Qaymaqlı pendir – 500 q. (otaq temperaturunda)
Şəkər kirşanı – 60 q.



Hazırlanması:
Əvvəlcə peçenyeləri ovxalayıb blenderdə üyüdürsüz. Kərə yağı və 1 x.q Nutella əlavə edin. Onları yaxşıca qarışdırırsınız. Sonra 3 x.q fındıq da töküb yenə qarışdırırsınız. Bu kütləni süfrəyə təqdim edəcəyiniz qabın içinə əlinizlə yayırsınız və özünü tutması üçün soyuducuya qoyursunuz.

Ayrıca bir qabda qaymaqlı pendir, şəkər kirşanı və qalan Nutellanı əlavə edib qarışdırın. Onu soyudulmuş xəmirin üstünə çəkin, üzərinə xırdalanmış fındıq səpin və yenidən soyuducuya qoyun. Yaxşı olar ki, Nutella tortunu axşamdan hazırlayıb, səhərə kimi soyuducuda saxlayasız.
 

1 şərh

Bismarck
Youtube-da buna aid videolar görmüşdüm, yenədə təşəkkürlər)