Tava tortu

Xəmir üçün:
Qatılaşdırılmış süd – 1 banka
Yumurta – 1 ədəd
Sirkə + çay sodası – 1 ç.q.
Un – 450 qr.

Krem üçün:
Yumurta – 2 ədəd
Un – 2 x.q.
Şəkər tozu – 1 st.
Süd – 500 ml.
Vanilin – 1 paket
Kərə yağı – 200 qr.

Üstü üçün:
Qoz və ya şokolad

Hazırlanması:
Əvvəlcə kremi hazırlayın: Südü qazana tökürsünüz, ora 2 yumurta, 2 x.q. un, şəkər tozu, vanilin əlavə edib, yumurta çalanla yaxşıca qarışdırırsınız və zəif odun üzərinə qoyursunuz. Qaynadıqca qarışdırırsınız. Qatılaşanda oddan götürürsünüz və qaynar kremin üzərinə kərə yağını töküb, qarışdırırsınız, soyumasın deyə, qazanın qapağını örtürsünüz.

Xəmiri hazırlayırsınız: Bir qaba qatılaşdırılmış südü, yumurtanı əlavə edib, qarışdırırsınız. Sonra üzərinə soda+sirkə və hissə-hissə ələnmiş unu tökürsünüz. Qaşıqla qarışdırmaq çətin olanda əllə xəmiri yoğurursunuz. Xəmir bərk olmamalıdır, elastik və yumşaq alınmalıdır.

Xəmiri 8 kündəyə bölürsünüz. Bir-bir kündələri açırsınız və çəngəllə xəmirləri deşirsiniz. Tava isidilir, yağ tökmürsünüz! Xəmirin hər iki üzünü qızardırsınız. Qızarması olduqca tez başa gəlir, təxminən 1-2 dəqiqə. Bu qayda ilə bütün kündələri qızardırsınız. Sonra tortu qoyacağınız bulud və ya qabı götürürsünüz və xəmirləri qoyduqca üzərini kremləyirsiniz. Krem isti-ilıq olmalıdır. Ən sonda kremi tortun üzərinə, kənarlarına yaxırsınız. Üzərini əzilmiş qozla bəzəyə və ya şokolad əridib, tökə bilərsiniz və s. Nuş olsun!

0 şərh